“Facebook” istifadəçilərə yoxa çıxan mesajların skrinşotları barədə xəbərdarlıq edəcək.
Bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq sosial şəbəkə hesabından məlumat verib.
Belə ki, bundan sonra “Messenger” istifadəçiləri qarşı tərəfin yoxa çıxan mesajının skrinşotunu çəkdiyi təqdirdə bildiriş alacaqlar.
O əlavə edib ki, artıq bu çatlarda GIF-lərdən, stikerlərdən istifadə etmək və mesajlara reaksiyalar göndərmək də mümkün olacaq.
Qeyd edək ki, messencerdə yoxa çıxan mesajlar yalnız çarpaz şifrəli mesajlaşmalarda mövcuddur. Mesajları yoxa çıxan etmək üçün gizli yazışmalara keçid etmək lazımdır.
Xatırladaq ki, “Facebook” (Meta) yoxa çıxan mesajları ilk dəfə 2020-ci ilin noyabrında həm “Messenger”, həm də “Instagram”da təqdim edib. XİN başçısı: "Rusiya və Ukrayna liderləri ilə görüşlərin tezliklə keçirilməsini istəyirik"