Siz indiyədək, pul istəyən “Nigeriya şahzadəsindən” məktub almısınızmı?
Əgər cavab mənfidirsə çox şey itirmisinizn. Çünki 2005-ci ildə müxtəlif obrazlar yaratdıqları üçün nigeriyalı spamerlər Şnobel mükafatına layiq görülmüşdülər.
Bu məktubların gülünc olması məqsədli idi. Spamerlər insanların nə qədər sadəlöhv olduğunu yoxlayırdılar. Əgər kimsə bu cür məktuba cavab verirsə, demək ki onu aldatmaq çox asandır.
Son 20 ildə isə kibercinayətlərin miqyası və mürəkkəbliyi o qədər artıb ki, artıq gülməli deyil.
1.Fişinq/Fishing
Bu kibercinayətlər arasında ən çox edilən cinayət növüdür. Statista.com saytının məlumatına əsasən, 2019-cu ildə ABŞ-lı cinayətkarlar fişinq sayəsində 1 700 000 dollar qazanıb.
“Fişinq” ingilis dilində “balıqçılıq” anlamına gəlir. Cinayətkarlar bank, ödəniş sistemləri və ya sosial şəbəkələr adından “yem” ataraq, “balıq” tuturlar. Heçnədən xəbəri olmayan istifadəçi doğurçu görsənən formaya öz şəxsi məlumatlarını qeyd edərək qurbana çevrilir.
2.Ketfişinq/Catfishing
Kibercinayətlər statistikasında ikinci yer ketfişinqə aiddir. Bu növ cinayətdə hansısa bir insan özünü İnternetdə başqa bir şəxs kimi qələmə verir, onun adından və şəkillərindən istifadə edir.
Peşəkar cinayətkar şübhə oyatmamaq üçün illərlə saxta şəkilin arxasında gizlənə bilər. Ona görə diqqətli olun: illərdir sizin şəkillərinizə “like” qoyan sarışın qadın əslində yaşlı və keçəl bir kişi ola bilər.
3.Sekstorsiya/Sextortion
Üçüncü ən populyar kibercinayət növü. Ümumi olaraq sekstorsiya hansısa şəxsi intim şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyərək ondan nə isə tələb etmək anlamına gəlir
Məsələn, qurbana belə bir məktub gəlir: “Biz artıq bir ildir ki, sənin bütün hərəkətlərini videoya çəkirik. Müvafiq videoları biz artıq pornosayta yükləmişik. Görüntülərin ictimailəşməyinə bir həftə qalıb”. Və adətən brlə bir məktub yalan olur.
Belə məktub aldıqda sadəcə fikir verməyin.
4. DoS-hücum/ DoS attack
Kompüter sistəmlərinin sıradan çıxarılmasına məqsədlənən haker hücumu. Əgər hücum çoxlu sayda kompüterdən həyata keçirilirsə buna DdoS-hücum (Distributed Denial of Service) yəni “Xidmətdə imtina” deyilir
5.Doksinq/Doxing
Milyonlarla insan sosial şəbəkələrdə, bloqlarda, forumlarda, onlayn-oyunlrda öz məlumatlarını paylaşır. Məsələn, pəncərə önündə çəkilmiş şəkil “İnstaqram” üçün adı haldır. Kompüter biliklərinə malik olan insan bir şəkil sayəsində başqa şəxsin bütün məlumatlarını əldə edib onu paylaşa bilər.
Məsələn, 2013-cü ildə Boston marafonunda baş verən terror aktından sonra Sunil Tripati adlı tələbəyə qarşı əsl doksinq tətbiq edilmişdi. Nəticədə 19-yaşlı günahsız tələbənin meyiti yerli çaylardan birində aşkar edilmişdi.
6. Pornoqisas/Porn revenge
Pornoqisas sekstorsiyanın bir növüdür. Bunu əsasən, ayrıla cütlüklərdən biri acığa edir. O, keçmiş sevgilisinin intim şəkillərini sosial şəbəkələrdə paylaşıyaradır.
11 il öncəbununla bağlı dəhşətli kampaniya başlamışdı. 23-yaşlı amerikalı Hanter Mur bir sayt yaradır.
Bu saytda istifadəçiləri tərəfindən göndərilən intim şəkillər və videolar, həmin insanların işlədiyi yerlərin məlumatları, sosial şəbəkələrdə akkaunt ünvanları və s. yerləşdirilir. 16 ay fəaliyyət göstərdikdən sonra H.Muru həbs edirlər, sayt isə ləğv olunur. Məhz bu hadisədən sonra bir çox ölkədə pornoqisası cinayət əməli saymaq barədə müzakirələrə start verilir.
7. İnternet-təqib/Cyberbulling
Bu bir qrup insan tərəfindən hansısa şəxsi internet vasitəsi ilə təqib etməsi anlamına gəlir. Adətən yeniyetmələr bunu öz sinif yoldaşlarına qarşı edir. Lakin bəzən olğun insanlar da bir yerə yışığaraq bu hərəkəti edir.
Kiberbullinq qurbana psixoloji iztirab verir. Çünki nə də olsa biz sosial canlıyıq və başqalarının bizim haqda fikirləri mühümdür.