Yeni “iPhone” modelinin qiyməti açıqlanıb.
Gent.az xəbər verir ki, Çinin “MyDrivers” nəşri "iPhone 13 Pro"nun təxmini qiyməti barədə məqalə dərc edib. Onlar bunu cihazın yaddaş tutumu ilə hesablayıblar. Belə ki, hər dəfə yaddaş tutumu 128 giqabayt artırılarkən, qurğunun qiyməti regiondan asılı olaraq təxminən 100 dollar və ya 800 yuan bahalaşır. Bu hesabla, bir terabayt yaddaş tutumlu “iPhone 13 Pro” modeli 1699 dollar (14 min yuan) qiymətləndirilə bilər.
Bu seriyaya başqa bir model - "iPhone 13 Pro Max" da daxil olacaq. Hər iki cihazın əsas üstünlüyü yaddaş tutumu və kamera keyfiyyətinin artırılmasıdır.
"iPhone 12 Pro"nun bu ilin sonunadək satışda olacağı bildirilir.