Qısa videolar platforması olaraq işə başlayan “TikTok” daha bir yenilik tətbiq edib.
Şəbəkə videoların maksimum müddətini 10 dəqiqəyədək artırıb.
“TikTok” rəhbərliyi qeyd edib ki, videoların müddətinin artırılması bütün dünyada istifadəçilər üçün daha da yaradıcı imkanlar açmağa hesablanıb. Bəzi insanlara bu yenilik artıq tətbiqdaxili bildiriş kimi göndərilib.
Ekspertlər bildiriblər ki, daha uzun məzmun “pul qazanmağı asanlaşdırır” və insanların platformada daha uzun müddət qalmasına səbəb olub.