“WhatsApp” messencerinin Androiddə ən son versiyasında xoşagəlməz səhv aşkar edilib. Buna görə istifadəçilər çatlarda çəkdikləri videoları göndərə bilmirlər.
Gent.az xəbər verir ki, bununla bağlı şirkətin mütəxəssisləri danışıb.
“Məsələ ilə bağlı öyrəndikdən sonra biz yoxladıq və eyni problemlə qarşılaşdıq. Son 24 saat ərzində video faylları düzgün göndərilmədi. Açılan sadəvə bir bildiriş görünür: “Bu video göndərilə bilməz. Zəhmət olmasa, başqa video seçin və yenidən cəhd edin". Təəssüf ki, bu səhv davam edir”, - deyə şirkət sözçüsü bildirib.
Maraqlıdır ki, problem yalnız smartfonda çəkilmiş videolara təsir edir, digər videolar isə problemsiz göndərilir. Bəzən isə “Instagram”dan endirilmiş videonu göndərmək istəyərkən də yarana bilər. Bununla belə, videonun sənəd kimi (sıxılmadan) göndərilməsinin eyni problemə gətirib çıxaracağı hələlik məlum deyil.
Ehtimal olunur ki, səhv “WhatsApp”ın Androiddə 2.24.9.34 versiyasına yenilənməsi ilə ortaya çıxıb. Tərtibatçılar yeniləmə buraxana qədər yeganə müvəqqəti həll messengerin ən son versiyasını silmək və əvvəlki 2.24.8.85 versiyasını quraşdırmaqdır.