Çünki qara kömür xərçəngə səbəb olan şişləri yarada bilir.
Gent.az xəbər verir ki, ət kömürdə bişirildikdə kanserogen maddələr əmələ gəlir. Belə ki, ətdən ayrılan yağ damcıları kömür üzərinə düşərək yanır və nəticədə kömürün üzərindən ayrılan həmin tüstü kanserogen maddə ilə ətin üzərinə hopur. Manqal tüstüsündə kanserogen maddə çox olur.
Həkim əlavə edib ki, əti yandırmamaq məsləhət görülür. Kababı çox qızartmaq olmaz. Əgər o ət çox yanıbsa, yeməmək daha məsləhətlidir. Çünkiyanmış ət insan bədən hüceyrələrinə toksin kimi təsir edir. Onu Kababları quş və ya balıq ətindən bişirmək daha məqsəduyğundur və daha asan həzm olunur, daha az yağ qatları yaradır.(medicina.az)