Gent.az sizə iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:
Ədviyyatlı kök şorbası
Tərkibi:
0,5 kq kök
1 ədəd orta boy soğan
4 yemək qaşığı zeytun yağı
1 litr toyuq suyu
Yarım limonun suyu
1 çay qaşığı qara bibər
Bir qədər təzə doğranmış keşniş
Zövqə görə duz
Hazırlanma qaydası:
Soğanı küp şəklində doğrayın və zeytun yağında rəngi dəyişənə qədər qovurun. Kökləri doğrayın və soğanla birlikdə qızardın. Üzərinə toyuq suyu, duz, keşniş, qara bibər və limon suyu əlavə edin. Orta dərəcəli odda qarışdırın ki, köklər yumşalsın. Sonra qarışımı blenderlə xırda-xırda olana qədər əzin.
Pomidorlu badımcan
Tərkibi:
4 badımcan
2 bibər
6 pomidor
1 soğan
1 stəkan duru yağ
Duz, istiot
Hazırlanma qaydası:
Badımcanları közdə qızardın. Doğrayıb bir qaba qoyun. Bir qazanda soğanı doğrayıb qızardın və üzərinə bibəri, pomidoru da əlavə edin. Sonra badımcanları və duzla istiotu da qatın. Orta xodda bir qədər bişirin.
Sadə peçenyə
Tərkibi:
1 stəkan qatıq
2 ədəd yumurta
2 stəkan şəkər tozu
1 kiloqram un
1 stəkan duru yağ
1 çay qaşığı soda
1 paket vanil
1 ədəd yumurta üstü üçün
Hazırlanma qaydası:
Qatıq, yumurta, şəkər tozu, yağ, soda və vanili qatın. Sonra üzərinə un əlavə edin. Xəmiri ət maşınından keçirib kiçik hissələrə doğrayın. Listə qoyub üstü qızarana qədər bişirin.(axşam.az)