Bitki yağı dünyada ən məşhur məhsullardan biridir. Biz ondan bir çox yeməklər hazırlamaq üçün istifadə edirik. Ancaq qızartma yeməklərində daha çox istifadə olunur. Həmçinin salatlara da əlavə oluna bilir.
Gent.az xəbər verir ki, hər hansı bir evdar qadın üçün yağ istehlakı olduqca yüksək olduğundan, xərc məsələsi həmişə aktualdır.
Bəs, hansı yağ növlərini ən bahalı adlandırmaq olar
Zeytun yağı
Yüksək keyfiyyətli zeytun yağı baha hesab olunur. Həmçinin, istehsalçılar bəzən zeytun yağının unikal sortlarını yaratmaqla sınaqdan keçirirlər. Bu da yağın maya dəyərini artırır.
Ən bahalı zeytun yağı isə hərracda beş min avrodan baha satılan məhsul olub. Söhbət yarım litr yağdan gedir. Onun unikallığı çox qədim zeytun bitkilərindən xammal kimi istifadə olunmasından ibarət idi. Belə baha qiymətə baxmayaraq, 130 litrdən çox yağ satılıb.
Arqan yağı
Bir çox insanlar bu yağın yalnız kosmetik məqsədlər üçün istifadə edildiyinə inanırlar. Bu isə səhvdir. Sadəcə olaraq yeməli arqan yağının qiyməti o qədər yüksəkdir ki, ona görə bu yağa böyük tələbat ola bilməz. Məhsul yalnız istehsal olunduğu Mərakeşdə satılır. Standart bir şüşə yağ üçün təxminən 1500 dollar ödəməlisiniz.