Əslində, cinsi əlaqə də bir elmdir.
Gent.az xəbər verir ki, Vestminster Universitetinin (Böyük Britaniya) seksoloqları cinsi həyatı yaxşılaşdırmaq üçün əməl etməli olduğunuz 5 maraqlı elmi tövsiyə verib:
1. Cinsi oyanmanın və cinsi istəyin nə olduğunu anlamalısız - Oyanma və istək insanın seksuallığında əsas rol oynayır. Cinsi istək libido cazibədir. Libido azdırsa, istək olmayacaq.
2. Partnyorunuzla cinsi əlaqənin necə olacağını, nə istədiyinizi birbaşa və dürüst müzakirə edin. Araşdırmalar göstərir ki, cinsi istəklərini müzakirə edən cütlüklər seksdən daha çox həzz alır.
3. Cinsi həyatınıza rəngarənglik qatın
Müxtəlif stimullaşdırma üsulları: mövqelərin, yerin, pozanın dəyişdirilməsi, əl və oral stimullaşdırma, masturbasiya cinsi həzzi artıra bilər. Siz həmçinin seks oyuncaqlarıtantrik seks, sürtkü yağları, masaj və s. cəhd edə bilərsiniz. Lakin hər şeyin qarşılıqlı olmasına çalışın.
4. Seks zamanı hisslərinizin nə istədiyini dinləməyi bacarın - Hisləriniz sizi heç vaxt yanıltmaz.
5. Gözləntilərinizi tənzimləyin və özünüzü sevin
Çox vaxt cinsi əlaqədən həzz almağın qarşısını biz böyüdükcə başımıza yeridilən sosial, mədəni və dini normalar, qaydalar kəsir. Buna görə də, seks zamanı harada olduğunuz, hissləriniz və istəkləriniz barədə düşünmək çox vacibdir.
Cinsi həyatınızı yaxşılaşdırmağa kömək edən digər vacib şərt bədəninizə olan sevgidir. Bədəninizə inanın, o necə həzz almağı bilir.(medicina.az)