
Banyan Tree Phuket: sağlamlığın (wellness) həyat tərzinə çevrildiyi məkan
Banyan Tree Phuket — "Banyan Tree" brendinin tarixinin və onun şüurlu istirahət (mindful travel) fəlsəfəsinin başladığı kurortdur. Burada wellness anlayışı adi spa çərçivəsindən çox uzağa gedir: qonaqları hər gün yoqa və meditasiya seansları, Tibet musiqi qasaları ilə səs terapiyası (sound healing), fərdi wellness məsləhətləşmələri, aromaterapiya və otlarla müalicə praktikaları üzrə ustad dərsləri gözləyir. Həmçinin balansı bərpa etmək, sürəti azaltmaq və səyahəti daha dərindən hiss etmək üçün xüsusi hazırlanmış "Banyan Tree Connections" proqramları təklif olunur. Ənənəvi Asiya texnikalarının müasir wellbeing yanaşması ilə birləşdiyi, mükafatlara layiq görülmüş "Banyan Tree Spa Phuket" xüsusi diqqətə layiqdir. Prosesə maksimum daxil olmaq üçün isə gündəlik masajlar, wellness ritualları və fərdiləşdirilmiş xidmət təqdim edən yeni "Spa Pool Villas" villaları fəaliyyət göstərir.
İstirahətin aktiv hissəsi kurortun infrastrukturuna harmonik şəkildə inteqrasiya olunub. Qonaqlar 18 dəlikli çempionat qolf meydançası olan "Laguna Golf Phuket"də oynaya, tennis kortlarından istifadə edə, laqunanı kayak və sup-bofdinq (sap) vasitəsilə kəşf edə, tay boksu dərsləri ala, velosiped gəzintilərinə çıxa və ya su idman növləri ilə məşğul ola bilərlər. Məşqdən və ya aktiv gündən sonra ideal davam — məşhur Banq Tao çimərliyində yerləşən və Taylandın ən uzun çimərlik klubu olan yeni "Rava Beach Club"da dincəlməkdir. İdman, bərpa və istirahətin bu cür balansı "Banyan Tree Phuket"i həm fərdi wellness səyahətləri, həm də idman ritritləri, ailəvi istirahət və uzunmüddətli yenilənmə üçün mükəmməl seçim edir.


Grand Park Kodhipparu, Maldives: Maldiv adalarında istirahətə yeni baxış
Bir çoxları üçün Maldiv adaları hələ də passiv istirahətlə assosiasiya olunur, lakin Grand Park Kodhipparu daha aktiv bir ssenari təklif edir. Burada səhər okean mənzərəli yoqa ilə başlayır, daha sonra qonaqlar tısbağalara, skatlara və rif köpəkbalıqlarına tez-tez rast gəlinən yerli rifdə şnorkellinqlə (sualtı üzmə) məşğul ola və ya adanı sup (sap) lövhəsi ilə su üzərindən kəşf edə bilərlər. Maleyə katerlə cəmi 20 dəqiqəlik məsafədə yerləşməsi sayəsində kurort, arxipelaq daxilində əlavə uçuşlara vaxt itirmədən, şəhər ritmindən ada atmosferinə sürətlə keçid etməyə imkan verir.
"Grand Park Kodhipparu"nun özəlliyi — Maldiv istirahətinə yeni yanaşmadır ki, burada əsas lüks qazanılan təəssüratların keyfiyyətidir. Yeni "Connected Island Luxury" konsepsiyası idman, bərpa, qastronomiya və istirahəti vahid bir proqramda birləşdirir. Yerli rifdə şnorkellinqdən əlavə, qonaqlara sertifikatlı təlimatçılarla dayvinq, dəniz ekskursiyaları, su velosipedləri, kayaklar və laqunada geniş çeşidli su idman növləri təklif olunur. Aktiv gündən sonra marşrut təbii olaraq okean üzərindəki mükafatçı SPA-da davam edir. Burada ayurvedik praktikalara əsaslanan prosedurlar dalğaların səsi altında və sonsuz laquna mənzərəsi ilə keçirilir. İstirahətin bu cür dolğun formatı evə təkcə gözəl mənzərələrlə deyil, həm də daxili hüzur və enerji ilə qayıtmaq istəyən müasir səyahətçilərə xüsusilə yaxındır.


Sea Breeze — enerjinin, sağlamlığın və zövqün qovuşduğu əsl idman vahəsi
Bu il "Dünyanın İdman Paytaxtı" seçilən Bakı bir sıra mühüm idman tədbirlərinə ev sahibliyi edəcək və bu kurort-şəhər müxtəlif formatlı beynəlxalq yarışlar, turnirlər və idman fəaliyyətləri üçün mövsümün əsas meydançalarından birinə çevriləcək. "Marina Yacht Club"da böyüklər və uşaqlar üçün yeni fəaliyyətlərə start verilir: dayvinq məktəbi, yelkənli idman dərsləri, sörfinq mərkəzi, kayak sürmə və adalara dəniz turları. Kurort ərazisində üç yeni padel-kort istifadəyə verilib — indi onların ümumi sayı üç tennis meydançası ilə yanaşı on-a çatıb.
Yayda "Sea Breeze"də dənizin tam kənarında açıq havada cycle-məşqləri və funksional treninqlər üçün məkan olan "Sport Beach Club" fəaliyyətə başlayıb. Mövsüm ərzində burada tennis, padel və futbol turnirləri, uşaqlar arasında üzgüçülük çempionatı, eləcə də digər su və çimərlik fəaliyyətləri keçiriləcək. Fitnesi qiymətləndirənlər üçün "Crocus Fitness" şəbəkəsi fəaliyyət göstərir — bura müasir avadanlıqlar, peşəkar məşqçilər və intensiv məşqdən sonra dincəlmək üçün rahat SPA zonası olan premium klublardır. "The Grand" binasında isə rahat atmosferdə bədəni gücləndirməyə və güc toplamağa imkan verən məşhur Pilates-reformer aparatlı "Wellness Club" yerləşir.
Rəqssevərlər üçün — 3-13 iyul tarixlərində ustad dərsləri və partilərlə zəngin olan parlaq "TODES" rəqs intensivi keçiriləcək. Avqust ayında isə kurort dünyanın dörd bir yanından peşəkar komandaların iştirakı ilə 3x3 basketbol üzrə flaqman turniri olan "FIBA 3x3 Women’s Series" mərhələsinin əsas nöqtəsi olacaq. İdman, parlaq emosiyalar, yeni tanışlıqlar — bütün bunlar "Sea Breeze"i aktiv və məqsədyönlü insanlar üçün cazibə mərkəzinə çevirir. Məhz burada müasir ideyalar təbii gözəllik və idmanın gücü ilə qarşılaşaraq hər bir qonaq üçün unikal harmoniya yaradır.


Papillon Hotels, Belek: Aralıq dənizində idman üslublu istirahət
Belekdəki Papillon Hotels — çimərlik istirahətini aktiv həyat tərzi və idman atmosferi ilə birləşdirmək istəyənlər üçün ideal məkandır. Kurortların ərazisində qonaqları müasir fitnes zonaları, qrup halında yoqa, pilates və aerobika dərsləri, açıq havada məşqlər, tennis, üzgüçülük və peşəkar təlimatçılarla fərdi dərslər gözləyir.
"Papillon Hotels"də futbola xüsusi diqqət yetirilir. "Papillon" İdman Mərkəzinə futbol meydançaları, klub evi, sosial zonalar və məşqlər, eləcə də komanda toplantıları (təlim-məşq toplanışları) üçün zəruri infrastruktur daxildir. Bu, idman səyahətlərinə, aktiv ailə istirahətinə və komanda ruhu atmosferinə marağın xüsusilə artdığı böyük futbol mövsümündə kurortları daha da aktual edir.
Məşqlərdən və aktiv gündən sonra qonaqlar hamam, masajlar, spa ritualları, üz və bədənə qulluq, həmçinin wellness prosedurlarının təqdim olunduğu "Reborn SPA & Wellness"də güclərini bərpa edə bilərlər. Bu cür istirahət formatı "Papillon Hotels"ə idman, bərpa, ailəvi asudə vaxt və rahat Aralıq dənizi lifestyle-ını bir səyahətdə birləşdirməyə imkan verir.


JA The Resort, Dubay: Məşqlər, turnirlər və aktiv istirahət üçün yeni idman klasteri
Dubaydakı JA The Resort idman turizmini yeni səviyyəyə qaldırır: avqust ayında burada çempionat qolf meydançası, FIFA standartlarına uyğun futbol meydançaları, beynəlxalq kriket meydançaları və müasir qapalı tir sahəsini özündə birləşdirən çoxfunksiyalı "JA Sports & Shooting Club Dubai" açılır. Yeni idman infrastrukturu peşəkar idmançılar, komandalar, akademiyalar, korporativ qruplar və istirahəti aktiv həyat tərzi ilə birləşdirmək istəyən qonaqlar üçün yaradılıb. "JA Lake View Hotel"in yaxınlığında yerləşməsi sayəsində bu kompleks təlim-məşq toplanışları, idman düşərgələri, səfər turnirləri və korporativ proqramlar üçün rahat bazaya çevrilir.
Futbola xüsusi diqqət yetirilib: ərazidə premium "Paspalum" örtüklü və gündüz, eləcə də axşam saatlarında məşqlər üçün tam işıqlandırma sistemi ilə təchiz olunmuş altı ədəd FIFA standartlı futbol meydançası var. Hər bir meydança menecer ofisi, soyunub-geyinmə, duş otaqları və inventar saxlama sahələri olan şəxsi komanda zonası ilə tamamlanır. Bu format "JA The Resort"u idman səyahətləri üçün Dubayın ən maraqlı məkanlarından birinə çevirir: burada peşəkar məşq səviyyəsi kurort istirahəti, otel infrastrukturu, tədbir (event) imkanları və kompleksin üç otelinə ("JA Lake View Hotel", "JA Beach Hotel" və "JA Palm Tree Court") yaxınlığı ilə birləşir.


JA Hatta Fort Hotel, Dubay: Həcər dağlarında wellness yenilənməsi
JA Hatta Fort Hotel Həcər dağlarının qoynunda — təbiətə, bərpa olunmağa və yumşaq wellness-ə yönəlmiş sakit aktiv istirahət formatı təklif edir. İntensiv məşqlər əvəzinə burada təmiz havada gəzintilər, açıq hava (outdoor) fəaliyyətləri, kayak sürmə, padel, tennis, mini-qolf, oxçuluq, hovuzlar və dağ mənzərələri təqdim olunur. Otelin wellness istiqaməti şəhər ritmindən sonra rahatlamaq və yenilənmək üçün spa məkanı olan "Terra Wellness" ilə təmsil olunur. Bu isə "JA Hatta Fort Hotel"i hərəkəti, təbiətdə istirahəti və daxili bərpanı birləşdirmək istəyənlər üçün ideal seçim edir.


JA Manafaru, Maldivlər: Tropik təklikdə ada wellness-i
JA Manafaru wellness mövzusunu Maldiv adalarının təbiəti və tam tənhalıq atmosferi vasitəsilə canlandırır. Tropik yaşıllıqlar arasında yerləşən "Calm Spa Sanctuary" səkkiz fərdi prosedur otağı, Şərq və Qərb praktikalarının qovşağında bərpaedici terapiyalar, həmçinin yerli otların istifadəsi ilə qədim Maldiv şəfa sənəti olan "Dhivehi Beys" elementlərini təklif edir. Saunalar, buxar otaqları və hovuzlar sakit ada qaçışı hissini tamamlayır, burada aktiv səyahət təbii şəkildə bərpa, sakitlik və dərin yenilənməyə keçid edir.


JA The Bruntsfield, Edinburq: Şotlandiya paytaxtının ritmində aktiv istirahət
JA The Bruntsfield — şəhəri piyada kəşf etməyi, çox gəzməyi və səyahəti yüngül fiziki aktivliklə birləşdirməyi sevənlər üçün əla seçimdir. Otel Edinburqun ən atmosferli rayonlarından birində, "Bruntsfield Links" yaşıl zonalarının yaxınlığında və şəhərin əsas görməli yerlərindən bir qədər aralıda yerləşir. Buradan Edinburq qalasına, Kral Milinə (Royal Mile), "Princes Street Gardens" bağlarına gəzintiyə çıxmaq və ya sadəcə Şotlandiya paytaxtının rahat küçələrini, kafelərini və tarixi məhəllələrini kəşf etmək çox rahatdır. Bu, klassik idman kurortu deyil, daha çox hərəkəti, təmiz havanı, gözəl marşrutları və tələsmədən dincəlməyi seçənlər üçün sakit şəhər formatıdır.

