ZEM Wellness Clinic Altea: Aralıq dənizi uzunömürlülüyünün sirri
Unikal “ZEM Rejuvenating/Aesthetics” proqramı noyabr ayında bərpa olunmaq, dərinin gəncliyini qaytarmaq və daxili harmoniya tapmaq üçün mükəmməl seçimdir. Artıq qonaqların rəğbətini qazanan bu proqram, müasir texnologiyalar və innovativ üsullar vasitəsilə yaşlanmanın görünən əlamətləri ilə mübarizə aparır, dərinin təravətini və parlaqlığını bərpa edir.
Burada diqqət təkcə fiziki dəyişikliklərə deyil, həm də emosional tarazlığa yönəlib — bu da insanın özünə inamını və daxili rahatlığını artırır. ZEM Wellness zonasında isə 44 lüks və sakit kabinetdə yüksək ixtisaslı terapevtlər qonaqlara bədən və ruh harmoniyasına çatmaqda kömək edir. Müxtəlif fərdi prosedurlar və proqramlar sayəsində hər bir qonaq öz ehtiyaclarına tam uyğun unikal və dəyişdirici qulluq təcrübəsi yaşayır.
Tövsiyə edilən prosedurlar arasında:
Hyperbaric Oxygen Therapy — hüceyrə metabolizmini gücləndirən, toxumaların bərpasını sürətləndirən və dözümlülüyü artıran oksigen terapiyası.
Signature Facial by ZEM Collection — dərin qidalandırıcı, üz və əllər üçün yumşaq SPA ritualı və stressi azaldan, emosional vəziyyəti yaxşılaşdıran kraniosakral masaj ilə tamamlanır.
NOKU Maldives Vignette Collections by IHG
Noku Spa-da zaman sanki kokos ətirində və okeanın isti nəfəsində əriyir.
Kashi Noku Journey adlı 120 dəqiqəlik imzalı ritual ayaq vannası ilə başlayır, kokos skrabı və tropik masaj ilə davam edir və bədən üçün bərpaedici bürünmə ilə tamamlanır. Bu ada ritualı təbii inqrediyentləri və qədim praktikaları birləşdirərək daxili enerjini oyadır, harmoniya hissi yaradır.
Spa həmçinin uşaqlara da qayğı göstərir — Dream Massage və Side by Side ailə proqramları valideynlərlə uşaqları birləşdirən incə prosedurlar təqdim edir. Beləcə, spa həm bərpa, həm də ailəvi istirahət məkanına çevrilir.
SEA BREEZE: The Grand Wellness Club
Noyabrda, Bakıya cəmi 20 dəqiqəlik məsafədə yerləşən Sea Breeze kurortundakı Wellness Club Yeni ilə hazırlığı zövqə çevirir.
Şəffaf günbəz altında yerləşən hovuzda 14 su attraksionu (əks axın, divar və dib masajları, hidrolojaklar) ilə ideal istirahət məkanı yaradılıb. Su təmizlənməsinin çoxpilləli sistemi onun yüksək keyfiyyətini təmin edir.
Osmanlı ənənələrinə əsaslanan Şərq SPA mərkəzi türk və marokkolu baxımlar təklif edir.
“Soğuluq” hamam zalı mərmər “Çöbək Taşı” və isti oturacaqları ilə rahat atmosfer yaradır.
Xüsusi diqqətə layiq məkan isə Himayalaya duz saunasıdır — 50°C temperaturu ilə istini sevməyənlər üçün də uyğundur. Burada yerləşən duz vazası da sağlamlaşdırıcı təsir göstərir.
Saunadan sonra qar fəvvarəsindən yumşaq qarla bədəni silmək dərini tonlayır və immuniteti gücləndirir.
Yeni ilə mükəmməl hazırlıq üçün isə Endospheres proseduru məsləhət görülür — bu cihaz sellüliti azaldır, bədəni formalaşdırır, dərini dartır və şişkinliyi azaldır.
Özünüzə qulluq edin və Yeni ili enerjili qarşılayın!
Papillon Zeugma Relaxury: Dəniz kənarında qış wellness təcrübəsi
Türkiyə sahillərində qış — qar və səs-küy deyil, yumşaq günəş, sakitlik və dənizin ritmidir.
Bu fəsildə Papillon Zeugma Relaxury özünü yenidən kəşf etdirir: burada wellness sadəcə xidmət deyil, həyat fəlsəfəsidir.
Mərkəzdə yerləşən Reborn Spa aromamasajlar, ayurveda ritualları və müasir bərpa texnologiyaları ilə xidmət göstərir.
Fitnes zalı, detoks menyu və “digital detox” zonaları təcrübəni tamamlayır.
Papillon qışı yenilənmə və balans mövsümünə çevirir, Belek sahilləri isə yeni başlanğıclar üçün enerji bəxş edir.
Banyan Tree Spa Dubai: Özünə qayğının sənətə çevrildiyi məkan
Banyan Tree Spa Dubai qədim Asiya ənənələrini müasir wellness təcrübələri ilə birləşdirən məkandır.
Hər prosedur fərdi rituallara çevrilir, 650 saatdan çox təlim keçmiş ustalar isə bütün duyğuları oyadan holistik bərpa təcrübəsi yaradır.
Ən məşhur xidmətlərdən biri — Rainforest Experience — termal və su terapiyalarını, təbii yağlarla masajı və bərpaedici toxunma üsullarını birləşdirir.
Spa zonasında hidroterapiya zalları, saunalar, hovuzlar və Wellbeing Studio yerləşir, burada yoqa, nəfəs və mindful hərəkət dərsləri keçirilir.
Oktyabrda Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayı çərçivəsində Charity Wellbeing Retreat təşkil olunur: yoqa, səhər yeməyi və özünə qayğı mövzusunda mühazirə daxildir.
Xüsusi Pink Package ritualları zamanı əldə olunan gəlirin 20%-i Al Jalila Foundation fonduna yönləndirilir.
Delano Dubai — yenilənmə və ilham məkanı
Delano Dubai qonaqları Banyan Tree Spa-nın bütün imkanlarından istifadə edə bilər — bu, qədim Şərq ənənələri ilə müasir bərpa üsullarını birləşdirən dünya səviyyəli spa mərkəzidir.
Oteldə həmçinin HWH Studio-nun qurucusu, yoqa mütəxəssisi Adrienne Everett ilə əməkdaşlıqda yaradılmış wellness studiya fəaliyyət göstərir. Burada fərdi proqramlar, yoqa, pilates, nəfəs məşqləri və səs terapiyası dərsləri keçirilir.
Bu mühit insanı hərəkətə, rahatlamaya və daxili balans tapmağa ruhlandırır.
Delano Dubai, Banyan Tree Spa və HWH Studio-nun sintezində bədəni və ruhu birləşdirən, şüurlu həyat tərzini təşviq edən bütöv bir wellness fəlsəfəsi yaradır.