Hər bir kişinin ağlına heç olmasa bir dəfə başını dazlamaq fikri gəlib.
Amma bunu edəndən öncə bir neçə məqama diqqət yetirmək lazımdır.
Daz baş il növbədə xarizmadır, gözəgəlimlilikdir və dəbli görünür. Bu dəri və saç üçün xeyirlidir. Və nəhayət bu yaşamı asanlaşdırır və xərci azaldır. Lakin bir neçə “əmmanı” gözdən keçir.
Peşən
Əlbəttə ki, günümüzdə artıq daz baş sənin cinayətkar zümrəyə aid olmağın anlamına gəlmir. Lakin əgər konservativ bir şirkətdə işləyirsənsə sənin yeni “saç düzümün” suallar yarada bilər.
Başının forması
Saçını dibindən qırxmaqdan öncə saç ustası ilə məsləhətləş Hər peşəkar bərbər sənin necə görünəcəyini deyə bilər. Bəzən başın fomrası daz olmaq üçün heç yaraşmır.
Sənin həyat tərzin
Saçı hər gün (üç gündən bir) ilk zamanlarda çətin görünür. Əlbəttə ki, bunun üçün hamamda əlavə bir neçə dəqiqə keçirməli olacaqsan. Lakin vaxt keçdikcə bu vərdişə çevriləcək.
Ancaq əgər sən özünü buna hazır hiss etmirsənsə, saçını dibindən qırxmağa tələsmə.