10 yaş daha qoca görünmək
Saç düzümü
Olğun centlmenin əsas əlaməti ciddi model saç düzümüdür. O, məhdud miqdarda modifikasiyaya malikdir və hər gün daramaq ehtiyacı duymur. Və əsas məsələ - küləkdə dağılmır.
Gözlüklər
Mütəxəssislərin sözlərinə əsasən, poladdan olan gözlüklər hətta pis oxyuan şagirdi uğurlu alimə bənzədir. Əgər gözlərin yaxşı görürsə, okulistlə məsləhətləşərək göz üçün zərərsiz olanları tax. Gözlüyün brendi nə qədər məşhurdursa, sən o qədər olğun görünürsən.
Saqqal
Səlis qırxılmış üz sənin fərdiyyatın barədə az şey deyir. Günümüzdə uğur qazanmış kişilər özünəməxsus saqqal buraxır. Əsas məsələ, ona qulluq etməkdir. Sənin bığ və saqqalın səni zadəgana bənzətməlidir.
Dərinin rəngi
Dəri nə qədər tünd görünsə, insan o qədər yaşlı görünür. Həmçinin mütəmadi solariyə getmək dərini qurudur. Əsas odur ki ifrata varma, yoxsa mumiyaya bənzəyəcəksən.
10 yaş daha gənc görünmək
Saç düzümü
Mütəxəssislərin sözünə əsasən, günümüzdə çoxlu sayda gənclər üçün nəzərdə tutulmuş saç düzümləri var. Saçında nə qədər staylinq-gel, lak və boya olsa, o qədər qeyri-formala bənzəyəcəksən.
Gözlük
Rəngbərəng plastikdən olan gözlük tapın. Bundan sonra ünvanına yönəlmiş “Hipster” sözünə oyrəş. Ucuz və rəngbərəng gözlüklər adamı gəncləşdirir.
Saqqal
Bəli, bəli. Yenə də saqqal. Amma gənclərin əsas fərqi ondadır ki, onlar saqqala fikir vermir. Gənc görünmək üçün isə saqqalı uzun saxlamayın. Nə qədər qısa olsa o qədər gənc görsənəcəksən.
Arıqlamaq
Bu sadalananların içində ən xeyrili metod – arıqlamaqdır. 30 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır və sənin yediyin bir qamburqer artıq ziyafətə bərabərdir.