Çimərlik istirahətinin bir təhlükəsi var.
Tez və ya gec sevdiyin qadın səndən onun şəklini çəkməyi istəyəcək. Özüdə fotonun yaxşı olmasını tələb edəcək.
Onun istəyini yerinə yetirmək üçün sizə peşəkarların bir neçə sirrini açırıq.
Hansı pozanı seçmək lazımdır
1.Diz üstə oturarkən
Ən məşhur və sevilən rakurslardan biri. Çünki bu posada qadının fiquru gözə çarpır. Bu vəziyyətdə əllər ya sakit şəkildə dizlərin üzərində olur, ya da saçların içində.
2. Bir az bədənini qaldıraraq qadın ikinci pozaya keçir
Diqqət et ki, onun ayaqları qumda batmasın, yoxsa elə təəsürat yaranacaq ki, qadın şikəstdir. İdman formasında olmayan qarnı dəsmal və ya böyük yarpaq ilə gizlətmək olar.
3. Üçüncü poza əndamı nümayiş etdirməyə, lazım gəlsə isə qarnı və döşləri gizlətməyə imkan yaradır
Qeyd etmək lazımdır ki, bu poza üçün tamamilə çılpaq olmaq lazımdır. Amma çalışın ki, ətrafdakıların diqqətini çəkməyəsiniz.
Harada çəkmək daha məsləhətlidir?
Çimərlik yalnız ləpə, qum və qarğıdalı satıcıları deyil. Artıq çimərliyə yaxınlaşarkən çəkilişin harda aparılacağı barədə düşünün. Ağac varsa onun altında, ya da arxada mavi dəniz fonu olan tentin kölgəsi bunun üçün əla variantdır.
Sakit limanlar, kötüklər, suyun içindən çıxan ağac gövdələri bir fotoqraf üçün cənnətdir. Çılpaq bədən və təbii faktura – tünd daşlar və ya qum arasında kontrast mükəmməl görünür.
Əgər qayıq və ya gəminiz varsa bu daha əladır. Çünki başqalarının diqqətini çəkmədən dənizin ortasında istədiyin pozada istənilən şəkli çəkə bilərsiniz.