Dünya ulduzu Kristina Aqilera Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
Kristina Aqilera "Vogue" jurnalının üz qabığına çəkilən zaman Rüfət İsmayılın “Affair” brendinə məxsus geyimi ilə diqqət çəkib.
Qeyd edək ki, həmin geyimdən xalq artisti Aygün Kazımova da 2018-ci ildə "Jara" Beynəlxalq Musiqi Festivalına geyinib.
Sözügedən fotoları təqdim edirik: (Teleqraf.com)