Bildiyimiz kimi son dönəmdə döymələrə əsasən gənclər arasında dəbə düşüb.
Sözsüz ki, hər bir şey kimi döymə də səmərəli və ya məlumat daşıyıcı olmalıdır. Sizə bir neçə döymə növu təqdim edirik:
Məlumatlı döymə
İkinci Dünya Müharibəsi dövründə bir çox amerikalı və avropalı zabitlər bədənlərinə adlarını və qan qruplarını döydürürdülər.Belə məlumat çox lazımlı idi. Qəzaya düşdükdə və ya ağır yaralandıqda həkimlər artıq sizin adınızı və qan qrupunuzu axtarmağa məcbur olmurdular.
Gizlədən döymə
Əgər sizin çapıqlarınız, sağalmayan yaralarınız və s. varsa onları döymə vasitəsi ilə gizli etmək olar. Lakin bu bir az mürəkkəb işdir. Çünki bunlar üçboyutlu defektlərdir və dərinin relyefini dəyişdirir. Ona görə də rəngin çalarını və intensivliyini elə seçməlisən ki, kölgələr relyefi gizlədə bilsin. Lakin hər şeyi lazımi tərzdə eləsək, defekt diqqətlə baxdıqda belə görsənməyəcək.
Təmiredici döymə
Ola bilsin ki, Tailandda istirahət edərkən bədəninə mavi delfin döyməsini həkk etmisən, lakin zaman keçdikcə onun forması və görüntüsü dəyişib və hal-hazırda sənin çiynində balıq quyruqlu bənövşəyi kələz gülümsəyir. Düzdür, rəngli döyməni tam təmizləmək olmur, lakin onu şəffaflaşdıraraq başqa şəkil ilə gizlətmək olar. Adətən köhnə döymə yeninin elementi edilmir. Bunun yerinə daha tünd şəkil ilə gizlədilir. Bu həm daha asan, həm də daha estetikdir.
Tanışlıq üçün döymə
Əgər sən Taitiyə xas ənənəvi döymə edib həmin adaya təşrif buyursan əmin ol ki, önünə çıxan ilk insan səni evinə qonaq aparacaq. Yeni roker “Harley Davidson” döyməsi vurduqda digər rokerlərin rəğbətini qazanır, XTQ üçün isə paraşüt döyməsi mütləqdir. Bu cür döymələr sizin hansısa submədəniyyətə aid olduğunuzu göstərir.