Bu, fərdin əzələ kütləsinin azaldığını və yağ nisbətinin tədricən artdığını göstərir.
Gent.az xəbər verir ki, daha sonra arıqlamağa cəhd etsə də, hormonal pozğunluqlar səbəbindən döşdəki piylərdən xilas olmaq mümkün olmaya bilər.
Türkiyəli mütəxəssislərin sözlərinə görə, kişilərdə döş böyümə çox rast gəlinən bir hadisə ola bilər. Kişilərdə döşlərin yağlanması çox kilo aldıqdan sonra arıqlaması zamanı meydana gələn bir vəziyyətdir.
Ancaq bəzi xəstəliklər kişilərdə bu problemə səbəb ola bilər.
Genetik meyl də kişilərdə daha sıx döş yağlanmasına səbəb olur.
Kişilərin bu problemi tibbdə ginekomastiya adlanır. Daha çox gənc və orta yaş kişilərdə baş verir.
Yetkinlik dövründə alınan çəki ilə estrogen səviyyəsinin artması və testosteron səviyyəsinin azalması səbəbindən döş böyümə problemi yarana bilər.
Yetkinlik dövründə sürətli və nəzarətsiz çəki artımı qadın hormonlarının səviyyəsini artırır və kişilərdə süd vəzilərinin inkişafına səbəb olur. Bu vəziyyət uzun müddət davam edərsə, döşün qalıcı yağlanması baş verir. Əgər kişi 20 yaşında bu problemdən qurtulmazsa, problem daimi qalacaq. Bundan sonra ancaq cərrahi müdaxilə olunmalıdır.