Qadınlar buna görə fibroadenomaları əməliyyat etdirmək istəyir.
Gent.az xəbər verir ki, onkoloq Cəlil Bağırov fibroadenomaların heç də 100% bədxassəli olmadığını bildirib.
"Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq hətta 1 sm olduqda belə əl ilə rahatlıqla aşkarlana bilər.
Fibroadenoma çox zaman xərçəngə çevrilmir, lakin getdikcə böyüyə və sayı arta bilər.
Hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha böyük ölçü alır, menopauza dönəmində isə ölçüləri kiçilir".(medicina.az)