Rusiyanın Kaluqa vilayətində ana körpəsini divara çırpıb.
Gent.az yerli mediaya istinadla bildirir ki, hadisə Maloyaroslavets şəhərində baş verib.
23 yaşlı qadın 54 yaşlı əri ilə dava edib. Münaqişə zamanı o, qucağında olan dörd aylıq oğlunu möhkəm zərbə divara çırpıb.
Təcili xəstəxanaya yerləşdirilən körpəyə kəllə sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı rayon İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb, ana saxlanılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.