1.Olduğun məkanın temperaturunu aşağı sal
Çox asan qaydadır: isti ayaqlar, soyuq baş. Məqsəd – metabolizmi yavaşlatmaq.
Bunun üçün də ilk növbədə beyin soyumalıdır. Bütün bədənini soyutmağa başlasan donacaqsan və bədən qızmağa başlayacaq. Beləliklə yata biməyəcəksən.
2. Əllərini işə sal
Qoyunları saymaq o qədər də pis fikir edyil. Lakin bunun mürəkkəb düşüncə fəaliyyəti ilə bağlı olmayan kiçik motorikadan ibarət daha geniş versiyası var.
Bunun üçün masa arxasında oturub bir neçə abzas mətn yazmağa çalış.
3. Qoxu
Yuxusuluqla qoxu və ətir vasitəsi ilə mübarizə aparmaq bəşəriyyətə qədim zamanlardan tanışdır. Bunun üçün “dini” qoxular – sandal, ladan, lavanda ən əla seçimdir.
4. Yemək ye
Ac qarına yatmaq çətindir. Tox qarınla həmçinin. Ona görə də, şam yeməyini yatmazdan bir neçə saat əvvəl yeyin. Yatmazdan öncə isə bir alma və ya bir stəkan su içmək olar.
5. 20 dəqiqədir ki yata bilmirsənsə
Yatağa uzanıb 20-25 dəqiqədir ki, oyana-buyana çevrilirsənsə böyük ehtimal bir neçə saat ərzində yata bilməyəcəksən.
Ona görə də vaxt itirmə və yuxarıda qeyd edilən bütün məsləhətlərin hamısını yenidən yoxla.