“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Məktəbli Liqası” çərçivəsində oktyabr ayından etibarən Bakı və bir sıra regionlarda məktəblilər arasında sinxron şəkildə mütəmadi oyunlar təşkil olunub.
Gent.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində ümumilikdə 70-dən artıq komanda final mərhələsinə vəsiqə uğrunda öz bilik və bacarıqlarını sınayıb. Paytaxt Bakı ilə yanaşı, oyunlar Quba, Qusar, Xaçmaz, Şəki, Balakən, Sabirabad, Saatlı və Beyləqan şəhərlərində həyata keçirilib.
Layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunları təbliğ etmək, onların asudə vaxtını səmərəli təşkil etmək və gələcək üçün sağlam, düşünən gənclərin yetişməsinə töhfə verməkdir.
Keçirilmiş 3 seçim turunun yekunlarına görə, final mərhələsinə Bakı və regionlardan ümumilikdə 22 komanda vəsiqə qazanmışdır. 36 sualdan ibarət final turu gərgin və maraqlı intellektual mübarizə ilə yadda qalıb.
Turnirin yekun nəticələrinə əsasən “Məktəbli liqası”nın qalibləri:
Region komandaları arasında isə:
Qaliblər təşkilatçılar tərəfindən kubok, medal və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, layihə Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, Global Olympiad Center və RM Nəşriyyatının dəstəyi ilə həyata keçirilib.
Onu da xüsusi vurğulayaq ki, bu il ana dilli intellektual hərəkatın 25 illik yubileyidir. Klub tərəfindən il ərzində təşkil ediləcək bütün layihələr bu əlamətdar yubileyə həsr olunacaqdır.


