İsveçrənin lüks saat istehsalçısı “Hublot” yeni ağıllı saat modeli “Hublot Big Bang e”ni təqdim etdi.
5200 dollar qiymət etiketi ilə satışa çıxarılan “Hublot Big Bang e”nin titan və qara rəngli keramika rəngli modellərin qiyməti isə 5800 dollardır.
“Google”un “Wear OS” əməliyyat sisteminə sahib ağıllı saatı 30 metr dərinliyində suya davamlıdır.
“Snapdragon Wear 3100” çipseti ilə gələn “Hublot Big Bang e” “Google Play”, “Google Assistant” və “Google Pay” kimi xüsusiyyətlərə sahibdir.
1 GB RAM və 8 GB daxili yaddaş ilə təchiz olunmuş bu model GPS və NFC xüsusiyyətlərinə malik deyil.
Saat tək batareya ilə təxminən, 1 günlük istifadə vəd edir.