Azərbaycanın Rumıniyadakı səfirliyi 8 noyabr Zəfər Günü münasibətilə Buxarestdə rəsmi qəbul təşkil edib.
Gent.az xəbər verir ki, tədbirdə Rumıniyanın dövlət xadimləri, deputat və senatorlar, diplomatik missiyaların başçıları və media nümayəndələri iştirak edib.
Qəbul iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir Qüdsi Osmanov çıxışında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibənin tarixi əhəmiyyətindən danışıb. Rumıniya Senatının sədri Mirça Abrudyan Azərbaycanı etibarlı dost və strateji tərəfdaş adlandırıb.
O, 8 noyabrın Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığını bildirib.
Tədbirdə Zəfər Gününə həsr olunmuş video nümayiş etdirilib, bərpa-quruculuq işlərini və mina problemini əks etdirən foto sərgi təşkil edilib.

