Müxtəlif formalı kiçik çantalar 2022-ci ildə məşhur simalar və populyar televiziya şouları sayəsində geniş populyarlıq qazanıb.
Söhbət, bir qayda olaraq, yalnız telefon, açarlar və bank kartlarının yerləşdiyi mikro çantalardan gedir.
Bu cür aksesuarlar, xüsusən də “Fendi”, “Chanel”, “Gucci” və “Christian Dior”, eləcə də “Jacquemus”, “Salvatore Ferragamo”, “Trefolio”, “Demellier”, “Aspinal of London” və başqa markaların çeşidlərində yer alır.