Hər birimizin “aeroport sumkası”, “yük sumkası” kimi tanıdığmız çantalar hələ də dəbdədir.
Məşhur "Balenciaga" markası 2016-cı il kolleksiyasına “aeroport çantasına" bənzər çanta modelləri əlavə edib. Onların qiyməti təxminən 3 min 200 manatdır.
Keçmiş futbolçu Pavel Poqrebnyakın həyat yoldaşı Mariya Moskva restoranlarından birində bu çanta ilə görünüb.
Məsələni maraqlı edən odur ki, 3 min 200 manat dəyəri olan bu çantalar bazarlarda 1-2 manata satılır.
Bu gün dünyada onlara böyük maraq var. Hətta onu almaq üçün növbədə durub gözləyən insanlar mövcuddur. Onun materialı, ona sərf olunan saplar, eləcə də üzərində istifadə olunan rənglər tərkibinə görə tam fərqlidir.