"Nissan" ikonik R35 GT-R modelinin istehsalının dayandırıldığını açıqlayıb.
Gent.az xəbər verir ki, şirkət istehsal xəttindən çıxan sonuncu R35 şərəfinə xüsusi mərasim təşkil edib.
Təxminən 20 il istehsal edilən "Nissan R35 GT-R" markanın ən xüsusi modellərindən biri olub.
Digər bütün "GT-R" modellərindən daha uzunömürlü olan bu avtomobildən indiyədək 48 min ədəd buraxılıb.