Tesla fiziki məhdudiyyətli sərnişinlərin daşınması üçün yeni nəqliyyat vasitəsi üzərində işləyir.
Gent.az xəbər verir ki, şirkət hazırda Texasın Ostin şəhərində sınaqdan keçirilən Robotaxi xidmətini inkişaf etdirir və 2025-ci ilin sonuna qədər ABŞ ərazisinin yarısını əhatə etməyi planlaşdırır.
Hazırda bu xidmətdə Tesla Model Y elektromobillərindən istifadə olunur, lakin onlar əlilliyi olan şəxslər üçün uyğun deyil. Yeni layihə çərçivəsində Tesla Robovan adlı elektrikli avtonom miniveni təqdim edib.
Əvvəlcə sıx ərazilərdə 20 nəfərə qədər sərnişin və yük daşımaq üçün nəzərdə tutulan Robovan, xüsusi modifikasiya ilə pandus və digər lazımi avadanlıqlarla təchiz edilə bilər.
Elon Musk təsdiqləyib ki, məhdud imkanlı insanların rahatlığı üçün xüsusi Robotaxi modelinin hazırlanması artıq gündəmdədir.