Bir çoxlarımız yeni mənzil alanlara hədiyyə veririk.
Lent.az xəbər verir ki, bəzi əşyaların yeni mənzil sahibinə hədiyyə edilməsi arzuolunan deyil.
MBDS dizayn studiyasının yaradıcısı Mariya Borovskaya “RİA Real Estate”ə bildirib ki, yeni evə köçənlərə güzgü, saat və kəsici əşyalar hədiyyə etmək arzuolunmazdır.
Rusiyada, məşhur inanca görə, belə şeylər evə bədbəxtlik gətirə bilər.
Borovskaya deyib ki, indi ruslar tez-tez güzgü verirlər.
Bu əşya interyerdə mühüm rol oynayır.
Lakin belə bir hədiyyənin verilməməsi tövsiyə edilir.
Dizaynerin sözlərinə görə, hədiyyə edilən güzgülər pis enerji toplayır və sonra onu sahiblərinə əks etdirir.
Digər inanclara görə, yeni evə yad adamlar tərəfindən gətirilən güzgü erkən boşanmaya səbəb ola bilər.
Divar saatı hədiyyəsindən də imtina etmək daha yaxşıdır.
Bu əşya yeni mənzilə köçənlərin evdə yaşaması üçün geri sayımın başlanmasına işarədir.