Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
"Gent.az " xəbər verir ki, adıçəkilən hərbçimiz bu gün səhər 5:15-də bilmədən Ermənistan tərəfinə keçib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin Teg kəndi istiqamətndə saxlanılması barədə məlumatı təsdiqləyib.
Hərbçimizə qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb.