Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində Ermənistanın Teg rayonuna keçən əsgər Ruslan Pənahov haqqında bəzi təfərrüatlar məlum olub. 

Gent.az ın əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü hərbçimiz əslən Şəmkir rayonundandır. O, ötən ilin iyul ayının 1-də hərbi xidmətə yollanıb.

Qardaşının  verdiyi məlumata görə, ailə Şəmkir şəhərində qalır. Ruslan valideyni ilə sonuncu dəfə 2 gün əvvəl danışıb. 2 qardaş və bir bacı olmaqla 3 övladdırlar.

Onun qarşı tərəfə azaraq keçməsi ilə bağlı məlumat ailəyə bu gün səhər saatlarında verilib. 

Adıçəkilən əsgərimizin fotolarını təqdim edirik.