Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Gent.az xəbər verir ki, Elçin Əli oğlu Məmmədov ötən il Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi təyin edilib.
O, DQ-nin N saylı hərbi hissəsinin komandiri olub.
General-mayor Elçin Məmmədov bundan öncə “Vətən uğrunda” medalına layiq görülüb.