Futbol dünyasının ən böyük kuboku uğrunda mübarizə aparacaq tərəflər bəlli oldu.
Gent.az xəbər verir ki, Budapeştdə keçiriləcək finalda Fransa nəhəngi PSJ və İngiltərə təmsilçisi "Arsenal" qarşı-qarşıya gələcək.
PSJ ardıcıl ikinci dəfə bu turnirin qalibi olmaq üçün meydana çıxacaq, "Arsenal" isə həsrətində olduğu ilk Çempionlar Liqası kubokunu Londona aparmağa çalışacaq.
Həlledici qarşılaşma 30 mayda, Budapeştin "Puşkaş Arena" stadionunda keçiriləcək. Başlama saatı isə Bakı vaxtı ilə 20:00 olacaq.

