"İnter Mayami"nin hücumçusu Lionel Messi "Real"ın hücumçusu Kilian Mbappe haqda danışıb.
Gent.az xəbər verir ki, Messi Mbappenin Dünya Kuboku zamanı oyunundan söz açıb:
“Mbappe 2018-ci ildə Dünya Kubokunu qazandı. 2022-ci ildə o, bizə qarşı finalda (penaltilər də daxil olmaqla) dörd dəfə qol vurdu, amma çempion olmadı. Bu, çılğınlıqdır. 2014-cü ildə də oxşar bir şey hiss etdim - bu, işgəncə idi. Hələ də arxaya baxıb düşünürəm: İkiqat dünya çempionu ola bilərdim”.
Klian Mbappe yay transfer pəncərəsində “Real Madrid”ə keçib və Los Blancos ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.