Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Gent.az xəbər verir ki, Ağdam təmsilçisi Liqa mərhələsinin VII turu çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 4-cü dəqiqədə Kamilo Duran açıb. 10-cu dəqiqədə Can Uzun bərabərlik qolunu vurub. Matçın son dəqiqələri isə dramatik anlarla yadda qalıb. 78-ci dəqiqədə Fares Çaibi penaltidən fərqlənib. 80-ci dəqiqədə Kamilo Duran özünün ikinci qolunu vuraraq hesabı yenidən bərabərləşdirib. Qarşılaşmanın taleyini isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə həll edib.
Çempionlar Liqası, Liqa mərhələsi – VII tur
“Qarabağ” 3:2 “Ayntraxt”
Qollar:
Kamilo Duran (4’, 80’),
Can Uzun (10’),
Fares Çaibi (penalti – 78’),
Bəhlul Mustafazadə (90+4’)
Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edib. Baş hakim Sandro Şerer, yan hakimlər Stefan De Almeyda, Yonas Erni və Yohannes fon Mandak olub. VAR hakimi Fedayi San, AVAR isə Lukas Fendrix olub.


