Misli Premyer Liqasının XI turunda Azərbaycan derbisi baş tutub. “Qarabağ” öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın qollarını Toral Bayramov (50-ci dəq., penalti) və Kamilo Duran (84-cü dəq.) vurublar.
Bu qələbə ilə “Qarabağ” xal sayını 23-ə çatdıraraq turnir cədvəlinin liderliyini davam etdirib. 15 xalı olan “Neftçi” isə hazırda 7-ci pillədə qərarlaşıb.
Turun digər nəticələri:
• “Şamaxı” – “İmişli” 1:0
• “Sumqayıt” – “Qəbələ” 2:0
• “Araz-Naxçıvan” – “Karvan-Yevlax” 2:1
• “Sabah” – “Kəpəz” 3:1
• “Zirə” – “Turan Tovuz” 0:0


