Evlilik həyatı yaşayan əksər cütlüklər münaqişə yaşayır. Lakin hər kəs onları dəf edə bilmir. Ən təhlükəlisi həllini tapmayan və mütəmadi olaraq baş verən münaqişələrdir. Məhz onlar, sağlam belə görünən evliliyi çökdürür. Sizə evlilik həyatında baş verən münaqişələrin ən yayqın səbələrinin siyahısımı təqdim edirik.
Səbəblər
1.Məişət problemləri
Adətən evlə bağlı öhdəliklər bölünmədikdə və ya qeyri-ədalətli tərzdə bölündükdə gec-tez söz-söhbətə yol açır. Məsələn, hər ikiniz işləyirsiniz, lakin əlavə olaraq sizdən birinin üzərinə ev işləri düşür.Ola bilsin ki, həmin adam sənsən. Lakin, adətən bu yük qadının belinə düşür. Tanış vəziyyətdir? Deməli sənin ailəndə mütəmadi olaraq söz-söhbət, narazılıq və münaqişə cərəyan edir.
2.Psixoloji uyuşmazlıq
Bura xasiyyət fərqlilikləri, davranış, hobbi və həyat tərzi daxildir. Biri var, cüzi fikir ayrılığı olsa da, sən həyat yoldaşınla dünyaya eyni gözlə baxırsan, biri də var ki siz “göy” və “yer” kimi bir birinizdən fərqlənirsiniz. Sən etiraz edə bilərsən ki, zidd tərəflər bir-birinə cəlb olunur. Bəli, belə də olur. Amma burda əsəs şərt təmas nöqtələrinin olmasıdır. Biz isə tam ziddiyətdən danışırıq.
3.Maliyyə çətinlikləri
Ər və arvad tez-tez “pula” görə qırışır. Əsasən də xərclərlə bağlı. Bu istiqamətdə bir çox misal gətirmək olar. Bəzən arvad ailə büdcəsinin böyük bir hissəsini xarici görünüşü və ya paltar üçün xərcləyir, bəzən də sən ondan xəbərsiz özünə nə isə alırsan. Bundan əlavə yığılan pulu hara xərcləyəcəyiniz barədə mübahisə edirsiniz.
4.Patoloji qısqanclıq
Qeyri-sağlam qısqanclıqdan dağılan yuvaların sayı hesabı yoxdur. Dəhşət dərəcədə çoxdur. Adətən qısqanclığı kişilər edirlər. Lakin qadınlarda bu hissin qurbanı olur.
5.Xəyanət
Xəyanəti uzun müddət gizlətmək çətindir. Bil ki, qadınlar bunu çox tez hiss edir. Xəyanətənin üstü açıldıqda böyük münaqişə qaçılmazdır.
6.Hörmətsiz yanaşma
Hörmətsizliyə, təhqirə və ya alçaltmağa bir dəfə dözmək olar. Əgər bir-birinizə bu cür münasibət göstərirsinizsə, dava-dalaş həyatnızın bir hissəsi olacaq.
7.Diqqət, nəzakət çatışmazlğı
Aranızda müsbət emosiyaların olmaması gərginliyin artmasına səbəb olur. Bəs insanlar neqativ hisslərdən necə qurtulur? Bir çox halda onu çölə püskürürlər.
8.Aşırı nəzarət
Sözsüz ki, ailə həyatında ər və arvad hara getdiklərini bir-birinə bildirməlidir. Lakin hərdən nəzarət ifrat dərəcəyə çatır. Əgər bir-birinizə etimad etməyi bacarmırsınızsa, deməli problem var.
9.Seks problemləri
Ailədə problemlərin səbəbi tez-tez seks çatışmazlığ və ondan qeyri-məmnunluq olur. Sizdən biri gündə cinsi əlaqədə olmaq istəyir, o birisinə isə həftədə bir dəfə bəs edir. Əgər sizə bu problem tanışdırsa, onu həll etmək zəruridir.
10.Emosional dəstəyin və köməyin yoxluğu
Bəzən ikinizdən biri digərinə lazımi dəstəyi göstərmir. Məsələn həyat yoldaşın saatı divara asmağı xahiş edir. 5 dəqiqəlik bir işdir. Lakin sən tələsmirsən, sonda isə yaddan çıxardırsan. Növbəti gün yenə xahiş edir və hər şey təkrarlanır. Bir neçə dəfədən sonra artıq xahiş olmayacaq, dava-dalaş olacaq. Emosional dəstək də bənzərdir.
11.İstirahətin keçirilməsi ilə bağlı fərqli baxışlar
Sən asudə vaxtını kompüter oyunları oynamaqla keçirirsən, həyat yoldaşın isə qonaq getməyi xoşlayır. Ya da əksinə, sən gəzmək tərəfdarısan, həyt yoldaşın isə evdən çölə çıxmağı xoşlamır. Əgər baxışlarınız bu qədər fərqlidirsə, birlikdə az zaman keçirəcəksiniz. Vaxt keçdikcə isə bu söz-söhbətə gətirib çıxaracaq.
12.Asılılıqlar
Əgər ikinizdən biri, və ya hər ikiniz spirtli içkilərə, narkotikə, mərc oyunlarına və s.qurşanmısınızsa, sizin aranızda dava-dalaş əksik olmur. Asılılıq – ciddi xəstəlikdir və bir çox evliliyi bitirir.
13.Qohumlarla pis münasibətlər
Təəsüf ki, valideynlərlə və ya başqa qohumlarla münasibətlər həmişə yaxşı olmur. Ola bilsin ki, qaynananın səndən zəhləsi gedir, və həmişə həyat yoldaşını sənə qarşı doldurur. Və ya əksinə, böyüklər sizin evliliyinizə xeyir-dua verməyiblər və onu dağıtmaq istəyirlər. Hər bir halda, qohumlarla pis münasibətlər söz-söhbətə səbəb ola bilər.
14.Liderlik mübarizəsi
Ailə həyatında davaya səbəb olan amillərdən biri, kimin sözünün keçməsi ilə bağlıdır. Məsələn, bütün kişilər lider olmağı xoşlamır. Elə qadınlar da var ki, “itaət” etməyə qarşıdır.
15.İş
Adətən kişi yaxşı qazanc və karyera artımı istiqamətində çalışır. Lakin hərdən bu da problem yaradır. İşdən evə gec gəldikdə, istirahət günləri işlədikdə, gec-gec bir yerə çıxdıqda həyat yoldaşın sənə ciddi irad tutur. Problem həll olunmadıqda isə emosional partlayışa yol açır.
16.Uşaqların tərbiyyəsi ilə bağlı fərqli baxışlar
Əgər ailədə uşaq varsa, onun tərbiyyəsi ilə bağlı davalar da var. Bu əsasən, övladınızın keçid dövrlərində baş verir. Məsələn, 3 yaşında uşaq artıq nisbətən müstəqil olur və mütəmadi olaraq valideynlərinin sərhədlərini yoxlayır. Artıq qaniqaynayan yeniyetmə olduqda isə problemlər artır. Bu zaman isə valideynlər tərbiyyə məsuliyyətini bir-birinin üzərinə ataraq münaqişə edilər.