Çin analitik şirkəti “Chaodian”ın hazırladığı hesabatda 2023-cü ilin dördüncü rübünə görə dünyada ən çox satılan smartfonlar “iPhone 15”, “iPhone 13” və “Samsung Galaxy S23 FE”dir.
Gent.az xəbər verir ki, 2023-cü ilin son üç ayında “Apple” 5,3 milyon “iPhone 15” və 2,4 milyon “iPhone 13” satıb.
“Samsung Galaxy S23 FE” isə 2,2 milyon ədəd satıb. İlk beşliyə müvafiq olaraq 1,9 milyon smartfon və 1,7 milyon ədəd olan əsas “iPhone 14” və “Galaxy S23” modelləri də daxil edilib.
Siyahının davamını təqdim edirik:
Google Pixel 8 (1,2 milyon),
Xiaomi Mi 14 Pro (0,87 milyon),
iPhone 12 (0,46 milyon),
Vivo X100 Pro (0,35 milyon),
iPhone 13 Mini (0,34 milyon),
Motorola Razr 2023 (0,30 milyon),
Xiaomi: Mi 14 (0,25 milyon),
Xiaomi Mi 13T Pro (0,22 milyon),
Samsung Galaxy S22 (0,21 milyon),
iPhone 15 Plus (0,21 milyon),
Huawei Mate 60 (0,19 milyon),
iQOO 12 Pro (0,17 milyon),
Oppo Find N3 Flip (0,17 milyon),
Samsung Galaxy S23 Plus (0,16 milyon)
Google Pixel 7 (0,16 milyon).
“Chaodian” hesabatında qeyd olunur ki, bu təhlil yalnız 600-800 dollar qiymət aralığında olan smartfonlara aiddir.