“Sandık Kokusu” serialında birgə rol alan Nesrin Cavadzadə və Pamir Pekin iki ay əvvəl münasibətdə olduqlarını açıqlamışdılar. Lakin gözlənilmədən bu münasibət başa çatıb.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılıqdan sonra Cavadzadə dərhal İspaniyanın əyləncə adası kimi tanınan İbizaya yollanıb.
Türkiyənin məşhur simalarından olan Nesrin Cavadzadə, uğurlu aktyorluğu ilə yanaşı şəxsi həyatı ilə də tez-tez medianın diqqətində olur. “Sandık Kokusu” serialındakı performansı ilə göz qamaşdıran Cavadzadə serialdakı tərəf müqabili Pamir Pekinlə bir neçə ay əvvəl eşq yaşadıqlarını elan etmişdi və cütlük birlikdə Yunanıstanın məşhur Santorini adasında tətilə çıxmışdı. Lakin aradan cəmi iki ay keçdikdən sonra kədərli xəbər gəlib – Nesrin Cavadzadə ilə Pamir Pekin ayrılıblar və sosial media hesablarında bir-birilərini izləməyi dayandırıblar. Ayrılıq səbəbi kimi onların həyat tərzlərinin bir-birinə uyğun gəlməməsi və aralarındakı bağın zəifləməsi kimi iddialar ön plana çıxıb.
Ayrılıqdan sonra Nesrin Cavadzadə özünü tətilə verib. Serialın final etməsi ilə birlikdə İbizaya yollanan məşhur aktrisa hovuz kənarında çəkdirdiyi fotolarla sosial medianı silkələdi. Paylaşımına isə “Soğuk suya dalma” (soyuq suya tullanma) qeydini yazıb.