Kimisi bunu ağır məsuliyyətlə, kimisi maddiyyatla, kimisi də psixoloji problemlərlə əlaqələndirir.
Onların bu qorxunu yaşaması həm özlərinə, həm də münasibətdə olduqları xanım üçün problemə dönür.
Gent.az xəbər verir ki, məsələ ilə bağlı danışan psixoloq-sosioloq Samirə Bağırova bildirib ki, kişilər bundan qorxmur, sadəcə evlənmək istəmirlər:
“Kişilər evlənməkdən qorxmur. Sadəcə evlənməyə lüzum görmürlər. Çünki istədikləri hər şeyi qadınlardan ala bilirlər. Belə ki, qadınların da bir qismi ailə və qohum, qonşu tərəfindən evliliklə bağlı söhbətlərin təzyiqinə məruz qaldıqları üçün, tanış olduğu adamın hər istəyini etməklə, rahat qadın obrazı yaratmış olur. Belə olduğu halda kişi evlənmək üçün səbəb görmür. Hətta bəzən o qədər abartmış olurlar ki, kişilərin istəklərini onlar nəinki evlilik hətta uşaq da istəmirlər. Belə ki, gizli qısqanclıq yaranır ki, uşaq dünyaya gəlsə o ikinci plana keçəcək. Kişi qadını pillə-pillə fəth etməlidir və onun məsuliyyətini üzərinə götürməlidir ki, bu da evlilik deməkdir”.
İndi hər şey əksinədir. Qadınlar ərə getməkdən ötrü kişiləri necə fəth etməyin yollarını axtarırlar – deyə Samirə Bağırova qeyd edib.(referans.az)