Bir qadın ərini axtarmaq üçün başqa ölkəyə gedəndə onun həyatı ilə bağlı gözlənilməz faktlar öyrənib.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, Myanmada baş vermiş dağıdıcı zəlzələdən sonra Mey adlı qadın itkin düşmüş əri və oğlunu axtarmaq üçün Tailanda çətin bir səyahətə yollanıb. Lakin o, dəhşətli bir həqiqətlə üzləşib: məlum oldu ki, onun əri on illərlə başqa bir ailə ilə paralel həyat sürüb.
Mey 46 yaşlı əri Cyi Tan və oğlu Kyau Tatu tapmaq ümidi ilə dağları və meşələri keçərək Myanmadan Taylanda piyada yola düşüb. Onlar Banqkokda baş vermiş zəlzələdən sonra bina uçqunları altında qalıb yoxa çıxmışdılar. Amma ailəsi ilə yenidən görüşmək əvəzinə Mey həyatını alt-üst edən bir sirri öyrəndi: onun əri illərdir ki, başqa bir qadınla və uşaqlarla paralel həyat sürürmüş.
“Yaşlı anamı və balaca qızımı evdə qoyub, 30 martda Taylanda piyada yola düşdüm. Meşələrdən və bir neçə dağdan keçərək Kançanaburi əyalətindəki Tayland-Myanma sərhədinə çatdım. Keçid üçün 12 500 bat ödədim", - qadın danışıb.
Mey Banqkoka çatdıqda dərhal yerli hakimiyyət orqanlarına müraciət edərək yaxınlarının cəsədlərinin tapılıb dəfn olunması üçün kömək istəyib. O, yaxınlarının kimliyini təsdiqləmək üçün DNT analizi vermək məqsədilə xəstəxanaya gedəndə isə şok edici bir həqiqət ortaya çıxıb.
Meyin sözlərinə görə, tibb işçiləri ona özünü Cyi Tanın həyat yoldaşı kimi təqdim edən başqa bir qadından və onunla birlikdə DNT testi verməyə gəlmiş qızından danışıblar. Mey bildirib ki, ərinin göndərdiyi pullardan əlavə heç bir şübhəsi olmayıb və uşaqlar da başqa bir qadının mövcudluğundan heç vaxt bəhs etməyiblər.
Tailanddan olan Vi adlı qadın Cyi Tanla on ildir birgə yaşadığını, onun uşaqlarına baxdığını və başqa bir ailənin varlığından xəbərsiz olduğunu deyib. O əlavə edib ki, tərəfdaşına və onun övladlarına bir tanış menecer vasitəsilə tikinti sahəsində iş tapmaqda da kömək edib. İndi isə özünü aldadılmış hiss edir.
Bütün bu emosional sarsıntılara baxmayaraq, Vi Cyi Tan və Kyau Tatın cəsədləri ilə bağlı heç bir iddia irəli sürməyəcəyini, bu hüququ Meyə verdiyini açıqlayıb. Lakin kompensasiya məsələsi hələ də açıq qalır. Rəsmi şəxslərin bildirdiyinə görə, Cyi Tan üçün kompensasiyanı onun qızı, Kyau Tat üçün isə Mey alacaq.