Yüngül əxlaqsızlığa meyli olan kişilər həmişə qadınları cəlb edib.
Məktəbdə iki alan uşaqlar, dələduzlar, diceylər və digər qaranlıq şəxslər əks cins arasında daha populyar olurlar. Alimlər bunun səbəbini tapmaq üçün aylarla baş sındırıblar.
“Əlində siqaret və spirtli içki tutan gənc kişi sindromu” adlı araşdırmanın nəticələrindən “Təkamüllü psixolokogiya” jurnalında dərc edilib.
Siqaretin və spirtli içkilərin insan orqanizminə ziyan vurduğu halda bunların qadın üçün cəlbedici olmasının mühüm səbəbi var.
Buna biologiyada “cütləşmə strategiyası” deyilir. Bu cür kişilərin seksual celbediciliyi onların riskli görünməsindən irəli gəlir.
Araşdırmaçı Evelin Uinklin fikrincə qısamüddətli və uzunmüddətli eş seçdikdəqadın fərqli prinspilərə əsaslanır. Buna görə də kişilər hər iki sahədə də rəqabətə dayanaqlı olduqlarını sərgiləməyə məcburdurlar. Uzunmüddətli eş kimi qadınlar onun uşaqlarını qoruya və tərbiyyələndirə biləcək kişi axtarır. Və bu baxımdan, güclü və sərvətə malik kişilər daha cəlbedici olur.
Söhbət qısamüddətli münasibətlərdən gedirsə qadın yaraşıqlı kişiyə üstünlük verir. Riskli davranışı qadın “təhlükəli” və “ehtiraslandırıcı” sayır.
Siqaret və spirtli içki sağlamlıq üçün zərərlidir. Məhz buna görə bu pis vərdişlərə sahib kişilər iqadınlar süuraltı olaraq riski sevən bir şəxs kimi qəbul edir.
E.Uinkl araşdırma zamanı qadınlara bir çox kişinin şəkillərini göstərib. Zərif cinsin nümayəndələrinin əksəriyyəti məlum olduğu kimi əlində siqaret və spirtli içki tutan kişiləri ən cəlbedici kimi qiymətləndirib.
Bu araşdırmada 17-30yaş arası 239 qadın iştirak edib.