Britaniyanın “Sleyter və Qordon” adlı hüquq firması seksual ismarıclı və alttekstli mesajların xəyanət olub-olmadığını müəyyən etmək üçün araşdırma sifariş edib.
Söhbət evli şəxslərdən gedir. Şirkət bu araşdırmanın nəticəsini boşanma ilə bağlı məhkəmə işlərində istifadə edir.
Əksəriyyət düşünür ki, evli kişinin başqa qadına qeyri-normal ismarıc və şəkil göndərməsi alqışlanası şey deyil. Lakin hamı belə düşünmür. Qeyd edilən sorğu araşdırmasında 2 150 nəfər iştirak edib.
Məlum olub ki, qadınların əksəriyyəti başqa insanla bu cür yazışmanı xəyanət kimi qiymətləndirib. Lakin kişilər fərqli düşünür. Onların 34% hesab edir ki, kiminləsə seksual yazışmada iştirak etmək xəyanət sayılmır. Onlar bunu xəyanət yox, məsuliyyət daşımayan əyləncə hesab edirlər.
Kişilərin 62% həmçinin hesab edir ki, hətta ən ədəbsiz yazışma, erotik selfi ilə müqayisədə çox cüzi xəyanətdir.
Buna görə də, gələn dəfə fitnes zalındakı tanış qıza badımcan emojisi göndərdikdə bil ki, britaniyalı kişilərin 34% səni dəstəkləyir. Əsas odur ki, telefonunun parolu həyat yoldaşının əlinə düşməsin.