“Barselona” İspaniya çempionatının 32-ci turunda səfərdə “Real”a uduzub - 2:3.
Gent.az xarici mediaya istinadla bildirir ki, beləliklə, “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun tarixində “Real Madrid”ə ardıcıl 4 oyunda məğlub olan ikinci məşqçi olub.
Xavi İspaniya kubokunun 2022/23-cü il mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Ançelottinin komandasına - 0:4, Superkubokda - 1:4, La Liqada isə iki dəfə - 1:2 və 2:3 hesabları ilə uduzub.
Xavidən əvvəl ardıcıl 4 dəfə “Real Madrid”ə məğlub olan yeganə məşqçi 1935-1940-cı illərdə “Barselona”nı çalışdırmış Patrik Okonnell olub.