Sözsüz ki, bu pandemiya dövründə işdənqovulma sayları o qədər də çox olmayıb.
Lakin getdikcə buna hazırlıqlı olmaq lazımdır.
Mütəxəssislərin fikrincə diqqətli insan işdən azad edilməyə işarə edən əlamətləri görməyi bacarır. Buna görə də, bilməyənlər üçün bunun 5 simptomunu təqdim edirik
Birinci simptom: şirkətinin rəhbəri dəyişildi
Firmanın satılması və ya başqası ilə birləşməsi alt menecerdən tutmuş rəhbərliyədək ştat vahidlərinin dəyişməsi təhlkəsini daşıyır.
Məsələn, birləşmə vəzifələrin ikilənməsi ilə nəticələnir və bu halda ixtisarlar mütləqdir. Yeni rəhbər isə sənə yer olmayan yeni planlarla gələ bilər.
İkinci simptom: sənin birbaşa müdirin istefaya getdi
Əgər keçmiş rəisinin səni, yalnız ona bələd olan hansısa səbəb görə qiymətləndirirdisə, yenisinin başqa fikirləri ola bilər.
Yeni rəisin sənə qarşı nə qədər olumlu olduğunu yoxlamaq üçün hansısa bor yeni layihənin təşəbbüsü ilə bağlı çıxış et. Əgər o, müsbət qarşılansa, deməli vəziyyət pis deyil.
Üçüncü simptom: artıq baş verənlərdən xəbərin yoxdur
Şirkətin planları barədə xadimədən öyrənirsən? Ola bilsin ki, sən artıq daxili məlumatlara bələd şəxslərin siyahısında deyilsən. Əgər bununla birgə sən otağa daxil olarkən söhbətlərin əksəriyyəti durdurulrsa, demək səninlə bağlı qərar artıq icraatdadır.
Dördüncü simptom: sənə həlli imkansız olan iş veriblər
Əgər rəhbərlik sənə 3 gün ərzində gənclik almalarını tapmaq vəzifəsini tapşırırsa diqqətli ol. Əgər bu işi uğurla etdikdən sonra, səndən 10 kilo təpəgöz əti tələb edirlərsə, əmin ol ki, müvafiq qərar artıq rəisin masasının üstündədir.
Beşinci simptom: iş yükün azalıb
İş az, məsuliyyət daha da az, maaş isə eynidir. İlk baxışdan, bundan yaxşı nə ola bilər ki. Amma bu elə deyil. Hətta ən dəyərsiz əməkdaşın işdən azad edilməsindən əvvəl onu əvəz edən insanı tapmaq lazımdır. Sadəcə rəhbərlik sənin iş yükünü sağollaşmadan sonra yox, əvvəl dəyişməyə qərar verib.
Təkidlə məzuniyyətə çıxmaq təklifi də o qəbildəndir. Razılaş. Çünki qayıtdığın zaman gün altında qaralmış dərin işdən azad olduğun barədə xəbəri eşidərkən ağardığını ifşa etməyəcək.