Sən daha yaxşı dövrdə yaşayırsan.
Çünki 20-30 il öncə polisin cinayətkarları tutmaq üçün imkanları daha az idi.
Günümüzdə məhkəmə tibbi ekspertizası o qədər irəliləyib ki, 20 ilin qətllərin belə üstü açılır.
Təsəvvür edin ki, DNT-analizi cinayətkarın xarici görünüşünü müəyyən etməyə və böyük məlumat bazasında onun qohumlarını tapmağa imkan verir.
ABŞ kriminalistikasından bir misal: Yeni il ərəfəsində gənc müəllim Kristi Mirakı qətlə yetirən cinayətkarı DNT-test vasitəsi ilə 26 il sonra müəyyən etmək mümkün olur.
Ötən illərdə çalışan polislərin əlində belə güclü alət olmab. Cinayətlərin açılması faizi olduqca az idi, bəzi serial qatillərin adları isə əbədi olaraq sirr qalacaq.
Klivlend qəssabı
1930-cu illərdə Ohayo ştatının Klivlend şəhərində “Dəli qəssab” ləqəbəli serial qatil peyda olur. Onun qətlə yetirdiyi 12 nəfərdən yalnız ikisinin kimliyi müəyyən edilir. Qalanları isə kişi olduqda Con Dou, qadın olduqda isə Ceyn Dou adını alır.
Onun qurbanları kasıb adamlar olur. Böyük depressiya zamanı bu ən asan şikar idi. Bu insanları heç kim axtarmır, qalıqları tapıldıqda isə müəyyən edilə bilmirlər. Manyakın düşündüyü kimi də olur.
Qətl etdiyi insanlardan qalan hissələri o kasıb Kinqsberri-ran rayonunda torpağa basırırdı. Yerli sakinlər isə çay boyu və kimsəsiz çəmənlərdə bu “tapıntılara” rast gəlirdi.
Təəsüf ki, Al Kapone kimi cinayətkarı üzə çıxaran məşhur detektiv Eliot Ness belə bu cinayətkarı tapa bilmir.
Polisinin acınacaqlı vəziyyətini məxsərəyə qoyan qatil qurbanlarında ikisinin qalıqlarını şəhər valiliyinin önünə gətirib qoyur.
Bu iş üzrə şübhələr sabiq həkim Frensis Suininin üzərinə düşürdü. Lakin ona qarşı yetərli dəlil yığa bilmirlər. 1938-ci ildə isə o, özünü öldürür.
Qeyd etmək lazımdır ki, 1938-ci ildən Klivlenddə bənzər qalıqlar tapılmır, lakin bənzər cinayətlər Klivlendlə dəmiryolu vasitəsi ilə birləşən Nyu-Kast şəhərində davam edir.
Parakvatla zəhərləmə
1985-ci ilin aprel ayında 50 yaşlı yaponiyalı Xaruo Osu balıq tutmağa gedərkən xüsusi avtomatdan sərin qazlı su götürməyi qərara alır.
Lakin onu orda sürpriz gözləyir. Avtomatın önündə o, Yaponiyada məşhur olan iki şirə bankası tapır.
Şirəni içdikdən artıq bir-neçə saat sonra cənab Osu parakvatdan ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirir. Bir gün sonra o dünyasını dəyişir.
Ümumi olaraq, Yaponiyada 45 belə hadisə baş verir. Onlardan 10-u ölümlə nəticələnir. Bu cinayətlərin arxasında duranı və ya duranları tapmaq mümkün olmur. Bu cinayətlərin cəzasız qalması ölkədə bənzər cinayətlər dalğasına səbəb olur. Mətbuatın sözlərinə görə, öz qurbanlarının sızıltısından həzz alan yeni manyak nəsli doğulub.
Pulsuz qazlı içki axtaran insanların ölümləri avtomat sahiblərinin onların üzərində xəbərdaredici yazı yapışdırmasından sonra dayanır.
Orleanlı odunçu
1919-cu ilin martın 19-dan 20-ə keçən gecəsində Yeni Orleanın hər evindən, barından, rəqs klubundan caz sədaları gəlirdi. Bir çox musiçilər və həvəskarlar açıq havada ifa edirdilər. Təəcüblü olsada, onları buna vadar edən musiqiyə sevgi yox, qorxu idi.
Məsələ ondadır ki, həmin ildə Yeni Orleanda caza aşiq olan “Odunçu” adlı manyak gəzirdi. Manyak qurbanlarının evinə arxa qapıdan daxil olurdu. Bir il ərzində onun hücum etdiyi 12 nəfərdən 6-sı vəfat edir.
Adətən o, balta ilə italiyalı immiqrantların üstünə cumurdu. Onun uşağa, qadına rəhmi gəlmirdi.
O cəzasız qalmasından o qədər həzz alırdı ki, yerli sakinlərə qəzet vasitəsi ilə müraciət edirdi.
Onun 1919-cu ilin martın 13-də yazdığı son məktubu sizə təqdim edirik:
“Yeni Orlenaın hörmətli fani sakinləri.
Məni tutnayıblar və tuta bilməyəcəklər. Mən insan yox, cəhənnəmin dibindən gələn iblisəm. “Odunçu” adlandırdığınız o kəs mənəm.
...Növbəti çərşənbə axşamı gecə 12:15 radələrində mən Yeni Orleanı gəzəcəm. Öz mərhəmətim səbəbindən sizə xatirgörənlik edəcəm.
Bilin: mən cazı çox sevirəm və bütün iblislərə and olsun ki, evindən caz səsi gələn heç bir kəs xəsarət almayacaq. Əgər siz caz orkestri sifariş etsəniz, daha da əla...”
Həqiqətən də o gecə qətl hadisəsi baş vermir. Amma ola bilsin ki, bu fəndə gedərək cinayətkar şəhəri tərk edir. Çünki bundan sonra cinayətkar yox olur.