Altı yaşlı Anela Rezentes anası Şeri ilə birilikdə Oahu Havay adasında istirahət edirdi.
Anası qızının suda necə oynadığını lentə almaq istəyir. Qəflətən Anela “Akula!” qışqıraraq sahilə üz tutur. İlk öncə Şeri qızının nədən qorxduğunu anlamır. Lakin sonra çəkdiyi videoya baxarkən qızının yanına olduqca böyük akulanın üzgəcini görür.
“Qızımın sudan xəsarətsiz çıxdığına çox sevinirəm”, - deyə Şeri etiraf edib.
Məlum olub ki, bu yırtıcı qaraüzgəcli akuladır. Adətən bu balıqlar insanlardan çəkinir, lakin bəzən aqressiv olub hücum edə bilirlər.