ABŞ-ın Lukama (Şimali Karolina ştatı) şəhərinin sakini Elizabet Conson “Powerball” lotereyasının biletini alarkən yanlışlığa yol verib.
O, 19 mayda keçiriləcək tiraja gecikib və nəticədə 22 mayda nəzərdə tutulmuş tirajın biletini alıb.
Qeyd etmək lazımdır ki, o səhv etdiyindən xəbərsiz olub.
Nəticədə o 2 milyonun qalibi olub.
“Mənə müvafiq ismarıc gələndə şoka düşdüm. Çünki o gün lotereya oynamamışdım”, - deyə qadın qeyd edib.
E.Conson udduğu pulları yeni evə və uşaqlarının arzuladığı Disneylendə səyahətə xərcləyəcək.
Vergilər çıxıldıqdan sonra qadın 1,4 milyon dollar alacaq.