Yarıməsr əvvəl siqaret çəkməyən insanı tapmaq çətin idi.
Qadınlı kişili demək olar ki hamı çəkirdi. İş o həddə çatmışdı ki, hətta insanın siqareti əlində necə tutmasından onun xarakterini müəyyən edən test də hazırlanmışdı. Bu testin müəllifi doktor Uilyam Nütrdır.
1.
Qadınlara xas tutuşdur. O siqareti itirməkdən qorxur. Ona görə də iki əli ilə tutur. Doktor Nütr düşünür ki, belə qadın kişini də əlindən buraxmaz.
2
Növbəti qadın tutuşu. Əgər qız sizinlə görüşdə siqareti bu cür tutursa, bu çox pis əlamətdir. O, darıxdığından bütün diqqətini siqaretə yetirir.
3.
Siyahımızda ilk kişi tutuşudur. Doktor Nütr iddia edir ki, bu tutuşun sahibi intellektual bir insandır.
4.
Doktorun verdikti: siqareti bu cür yalnız etibarsız və iradəsiz insan tuta bilər. O yalan danışmağa meyillidir.
5.
Əsəbi tipdir. Həmişə gərgin, qırmızı, tərsdir.
6.
Bu tutuş gülərüz, həyatsevər, insanlara rahat şəkildə ünsiyyət qura bilən insana xasdır.
7.
Qarşında qorxmaz, riski sevən, adrenalin xəstəsi bir adamdır. O siqareti maksimal dərəcədə təhlükəli tərzdə tutur, çünki odla oynamağı xoşlayır.
8.
Xəyalpərəst. O, dünya işləri, gəlir, var-dövlətlə maraqlanmır. Bu cür insanlar həmişə xəyallarda gəzir.
9.
Pessimist tipdir. Bir işi görməzdən qabaq içinə soğan doğrayır. Edir. Sonra yenə deyinir. Alınsa belə.