Hindistanda erkək fil 16 nəfərin ölümünə səbəb olub.
Aqressiv heyvan 2 aydır ki mütəmadi olaraq qarşısına çıxan insanları vəhşicəsinə öldürür. Qeyd etmək lazımdır ki, qatil-fil hələ də tapılmayıb.
Filin ən son qurbanları səhər kənd ərazisini tərk edərək gəzməyə çıxan yaşlı cütlük olub.
Məlumata əsasən, fil yaşayış məntəqələrinə girmir, sadəcə qarşısına çıxan insanları öldürür.
Yerli meşəbəyiləri hesab edirlər ki, onun aqressiv hərəkətləri cütləşmə dövrü ilə bağlıdır. Onların fikrincə, digər fillər erkəyi sürüdən qovublar və bu səbəbdən heyvan seksual depressiyaya girib.