Gent.az xəbər verir ki, androloq Anton Odeqnal kişilərin çox arzuladığı məsələ ilə bağlı açıqlama verib.
“Əgər pasiyentin istəyi, sorğusu varsa, tibb mövcud metodları təklif edə bilər.
Cinsiyyət üzvünün uzunluğunu təmin etmək üçün mexaniki ekstenderlər istifadə olunur, hansı ki, cinsiyyət üzvünə bərkidilir və orda dartılma yaradır, bu da zamanla uzunluğu artırır.
Təbii ki, pasiyent müntəzəm həkim müayinəsində olmalıdır.
Əgər bu metod uyğun deyilsə və pasiyentdə anadangəlmə qısa bağlar varsa, liqamentotomiya adlı əməliyyat icra edilir. Bu qısa bağların plastik əməliyyatıdır.
Bu prosedurdan sonra orqanın sərbəst uzunluğu artır, maksimal effekt üçünsə eyni zamanda ekstender tətbiq edilə bilər, nəticədə uzunluq 4 sm artır.
Qalınlıq üçünsə dəri altına doldurucu və həcm verici preparatlar yeridilir. Bu qadınlarda üzə tətbiq edilən qialuron tərkibli fillerlərdir.
Nəticədə 20-50 ml preparat istifadə olunur, amma prosedur ildə 1 dəfə təkrarlanmalıdır”.(medicina.az)